Lilac — çiçəklərdən daha artığı. Qoy buket hisslərinizi ifadə etsin
İndi alış et

Biz kimik?

Lilac gül butiki 2012-ci ilin əvvəlində Bakı gül bazarında fəaliyyətə başlamış və qısa müddət ərzində insanların qəlbini qazanmışdır. Unikal üslub, yaradıcı floristlər və geniş gül çeşidləri ilə butikimizi ziyarət edən heç bir müştərini laqeyd qoymur.

Lilac floristləri hər bir müştəriyə fərdi yanaşır. Buket və ya gül kompozisiyası hazırlanmazdan əvvəl, onlar alıcının zövqünü və  xarakterini  diqqətlə nəzərə alırlar. 

Lilac buketlərinin əsas fərqləndirici xüsusiyyətlərindən biri floristlərin əl işidir. Güllər hollandiyalı  mütəxəssislər tərəfindən diqqətlə seçilir  və Azərbaycana göndərilir. Hər bir kompozisiya kiçik bir sənət əsəridir.

 

Biz nə təklif edirik?

Lilac olaraq güllərə aid bütün əməliyyatları vahid peşəkar komanda vasitəsilə həyata  keçiririk və hər bir müştəriyə yüksək keyfiyyətli  xidmət, xüsusi dizayn üslubu və xərclərə qənaət təqdim edirik.

• Daxili florist komandasına ehtiyac yoxdur — siz əmək haqqı xərclərinə qənaət edirsiz.
• Əlavə ödənişlər yoxdur — gömrük rəsmiləşdirilməsi və daşınma tam şəkildə bizim tərəfimizdən həyata keçirilir.
• Peşəkar komandamızdan dəstək — təcrübəli və peşəkər mütəxəssislər hər zaman xidmətinizdədir.
• Sürətli cavab və geniş seçim — təcili və əlavə sifarişləri asanlıqla yerinə yetiririk.

 

Niyə Lilac?

• Xidmət təsdiqlənmiş aylıq büdcəyə uyğun olaraq hər gün göstərilir.
• Bütün gül kompozisiyaları həftəlik yenilənir və gündəlik olaraq baxımlı vəziyyətdə saxlanılır.
• Güllər soyuducu şəraitində saxlanılır.
• Satış üçün hazırlanmış buketlər məhz lazım olan vaxtda çatdırılır.
• Bütün florist dizaynları hər bir məkanın özünəməxsus üslubunu əks etdirəcək şəkildə fərdi hazırlanır.
• Partnyor təşkilatlardan daxil olan sifarişlərə 20% endirim tətbiq olunur və razılaşmaya əsasən bu məbləğin 20% mənfəət kimi geri qaytarılır.

Niyə bizi seçməlisiniz?

Bayram günlərində də fəaliyyət göstəririk

Floristlərimizin təcrübəsi 10 ildən yuxarıdır

Şəhər daxilində çatdırılma 10 manata qədərdir